BAKI, 26 fevral. TELEQRAF

Almaniya kanslerliyinə əsas namizədi Fridrix Mers bu gecə Fransaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Səfər çərçivəsində o, Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Bu, Mersin partiyasının erkən Bundestaq seçkilərində qalib gəlməsindən sonra ilk səfəri olacaq.

Qeyd olunur ki, qarşıdakı görüşdə liderlər Makronun ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələrini və transatlantik münasibətləri müzakirə edəcəklər.

Xatırladaq ki, fevralın 23-də Almaniyada Bundestaqa növbədənkənar seçkilər keçirilib. İlkin rəsmi məlumatlara görə, CDU/CSU bloku 28,6% səs toplayaraq onlara qalib gəlib.