BAKI, 26 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunu tənqid edən müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ təpki göstərib.

Teleqraf xəbər verir ki, dövlət başçısı CHP rəhbərinin ordu ilə bağlı məsələləri müzakirə edəcək səviyyədə olmadığını deyib.

“Hörmətli Özəl, Ali Baş Komandan olaraq sənə səslənirəm, özünü yığışdır. Özünü yığışdırmasan, bunu necə edəcəyimizi bilirik. Sənin mənim ordumun komandanlığını tənqid etməyə ixtiyarın yoxdur. Həddini bil. Bu ordunun komandanlığını tənqid etmək sənə yaraşmır. Nə lazımdırsa, komandanlığı toplayacağam və lazım olanı edəcəyik”, - Ərdoğan bildirib.