
BAKI, 25 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya Krallığının vəliəhdi şahzadə Hüseyn bin Abdullahı qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə Türkiyə ilə İordaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin qəzzalıların qonşu ölkələrə köçürülməsi planını qəbul edə bilməyəcəyini, Qəzzanın yenidən qurulması üçün gecikmədən qolları çırmalamağın lazım olduğunu bildirib.
Vəliəhd və Türkiyə lideri iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və Fələstinə dəstək üçün birliyin əhəmiyyəti barədə razılığa gəlib.
Xatırladaq ki, fələstinlilərin Qəzzadan köçürülməsi planı ABŞ Prezident Donald Tramp tərəfindən irəli sürülüb. Amerika lideri bu çərçivədə qəzzalıların İordaniya və Misirə köçürülməsini təklif edib.