
BAKI, 26 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin fevralın 28-də Vaşinqtona səfər edəcəyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, ABŞ-də Ukrayna mineralları ilə bağlı saziş imzalanacaq.
Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib: "Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Biz çox böyük razılaşma olacaq saziş imzalayacağıq".
Xatırladaq ki, Fevralın 25-də Tramp Zelenskinin müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələ biləcəyini söyləmişdi.