
BAKI, 26 fevral. TELEQRAF
ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi, Vaşinqtonun Tehranla danışıqlar aparmaq istəyinə dair bəyanatlarının saxtalığını sübut edir.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
“İran ABŞ hədələrini davam etdirdiyi müddətdə Vaşinqtonla danışıqlar üçün imkan görmür. Bəzi ABŞ siyasətçilərinin İranla əməkdaşlıq bəyanatlarını tənqid edirik. ABŞ-nin İran xalqına qarşı yeni sanksiyalar tətbiq etməsini bu iddialarla üst-üstə düşmür”, – açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ-nin Maliyyə Nazirliyi və Dövlət Departamenti fevralın 24-də İran neft məhsullarının satışına və daşınmasına görə 30-dan çox fiziki və hüquqi şəxsə, həmçinin neft tankerlərinə qarşı sanksiyalar tətbiq edib.