BAKI, 25 fevral. TELEQRAF

Vaşinqton hələ də təzyiq və hədələr dilində danışdığı müddətcə ABŞ ilə danışıqların bərpası üçün heç bir imkan yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.

"Bu mövzuda İranın mövqeyi tam aydındır. Biz hədələr və təzyiqlər altında danışıqlar aparmayacağıq. Hazırda ABŞ ilə nüvə proqramı ilə bağlı birbaşa dialoq üçün heç bir imkan yoxdur", – nazir qeyd edib.