
BAKI, 26 fevral. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin Suriyanın cənubundakı hərbi mövcudluğunun daimi olacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bunun İsrailin təhlükəsizliyi üçün önəmli olduğunu bildirib.
“İsrail ordusu Suriyada Hermon dağının (Cəbəl əl-Şeyx) zirvəsində qalacaq”, - Netanyahu deyib.
Bölgəyə bitişik bufer zonada qalmağa davam edəcəklərini bildirən baş nazir Suriya ordusunun Dəməşqin cənubunda olmasına icazə verməyəcəklərini də qeyd edib.
Netanyahu bölgənin demilitarizasiya (hərbisizləşdirmə) olunacağını vurğulayıb.
Xatırladaq ki, İsrail ordusu ötən ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra (13 dekabrda) Hermon dağında yerləşib.