BAKI, 26 fevral. TELEQRAF

Finlandiyanın Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün yeni proqrama start verib.

Teleqraf xəbər verir ki, proqrama əsasən Finlandiya şirkətləri Ukraynanın dəstəklənməsində əsas rol oynayacaq.

"Bu yeni dəstək proqramı ilə Finlandiya şirkətləri Ukraynanın dəstəklənməsində əsas rola malik olacağı şübhəsizdir. İndiyə qədər biz əsasən ehtiyatlarımızı ötürməklə Ukraynanı dəstəkləmişik, lakin gələcəkdə Finlandiya şirkətlərindən əhəmiyyətli miqdarda məhsullar sifariş olunacaq", - deyə hökumətin məlumatında qeyd olunub.

Proqram bir neçə il üçün nəzərdə tutulub.