
BAKI, 26 fevral. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bir müddət əvvəl Konqo Demokratik Respublikasında aktiv olan M23 üsyançılarına və onları dəstəkləyən Ruandaya qarşı embarqolarla bağlı razılaşmaya gəlsə də, Lüksemburq embarqolara qarşı çıxır.
Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Embarqoların detalları açıqlanmır.
Afrika ölkələrinin xarici işlər nazirləri isə Konqoda atəşkəsi təmin etməyə çalışdıqları və Avropa İttifaqından embarqoları cümə gününə qədər gecikdirməyi tələb etdiyi bildirilir.