BAKI, 26 fevral. TELEQRAF

Dünən müxtəlif sosial şəbəkələrdə ukraynalı istifadəçilər Trampın sahibi olduğu “Truth Social” şəbəkəsinə daxil ola bilmədikləri barədə paylaşımlar ediblər.

Teleqraf-ın xəbərinə görə, Trampın Zelenskini “diktator” adlandırdıqdan sonra “Truth Social” şəbəkəsinə daxil olmaq istəyənlər şəbəkənin açılmadığını görüb.

Ukrayna Xarici İşlər Nazirliyi bu barədə məlumat yayaraq, qeyd olunan sosial şəbəkəyə qadağa qoyulduğu ilə bağlı xəbərləri təkzib edib: “Bu sosial şəbəkə heç zaman Ukrayna vətəndaşlarına açıq olmayıb”.

Sosial şəbəkənin sahibi olan “Trump Media and Technology Group” Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyini təsdiq edib.