BAKI, 26 fevral. TELEQRAF

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

BDYPİ-dən Teleqraf-a verilən xəbərə görə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə çıxış edənlər Xocalı soyqırımının heç zaman unudulmayacağını, həlak olanların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.

Tədbirdə Xocalı soyqırımının XX əsrin faciəsi kimi tarixə düşməsi, vandalizm aktına ilk dəfə Ulu Öndər tərəfindən hüquqi qiymət verilməsi, erməni barbarlığının dünyaya çatdırılmasında “Xocalıya Ədalət” kampaniyasının müstəsna rol oynaması, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun düşməndən layiqli qisas alması xüsusi vurğulanıb.

Sonda Xocalı qətliamının mahiyyətindən bəhs edən sənədli film nümayiş olunub.