BAKI, 26 fevral. TELEQRAF

"Quba" basketbol klubu növbəti transferi reallaşdırıb.

Teleqraf xəbər verir ki, bölgə təmsilçisi Yusuf Erdem Bilgiçlə anlaşıb. 2003-cü il təvəllüdlü türkiyəli basketbolçu mövsümün sonuna qədər komandaya kömək edəcək. O, artıq məşqlərə qoşulub.

Türkiyənin Kocaeli şəhərində dünyaya gəlmiş Yusuf Erdem "Quba"ya qədər "Derince Yenikent", "Darıca Gənclərbirliyi" klublarında oynayıb. Pleymeker mövqeyinde oynayan "Quba"nın yeni transferinin son komandası isə AzTU olub.