BAKI, 25 fevral. TELEQRAF

"Silahlar ayrı-ayrı qruplaşmalar yox, dövlətin ixtiyarında olmalıdır, Suriya bölünməzdir".

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şəra deyib.

“Cinayətkarları (devrilmiş prezident Bəşər Əsəd və komanda üzvlərini) məsuliyyətə cəlb edəcək keçid ədliyyə orqanı yaradacağıq. Silahların (ayrı-ayrı qruplaşmalarda yox) dövlətin ixtiyarında olması bir üstünlük deyil, yenidənqurma prosesində vəzifədir və öhdəlikdir. Qanunun aliliyinə hörməti bərpa etməliyik. Suriya bölünməz bir bütövlükdür”, - dövlət başçısı bildirib.

Əhməd Şəra əlavə edib:

“Keçmiş rejimin məhv etdiyi mənəvi-sosial quruluşun yenidən qurulmasına diqqət yetirməliyik. Ölkə reallıqlarına uyğun gəlməyən sistemləri xaricdən gətirməməli, cəmiyyətləri siyasi xəyalların laboratoriyasına çevirməməliyik.