GƏNCƏ, 25 fevral. TELEQRAF

Gəncədə 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Z. Məmmədova yaşadığı evdə dəm qazı səbəbindən həyatını itirib.

Hadisə yerinə rayon polis və prokurorluq orqanının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma başlanılıb.