
BAKI, 25 fevral. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında media və kommunikasiya sahəsində əməkdaşlıq, həmçinin gündəmdə olan qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.