
BAKI, 25 fevral. TELEQRAF
Rusiya 658 milyon ton nadir torpaq elementləri ehtiyatına sahibdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təbii Sərvətlər Nazirliyi açıqlama verib.
Nazirliyin məlumatına görə, ölkənin 29 fərqli, ümumilikdə isə 658 milyon ton nadir torpaq elementləri ehtiyatı var.
Məlumatda nadir torpaq elementlərinin mürəkkəb struktura malik olduğu vurğulanıb.
Həmçinin, ölkənin bu sahədəki mövcud ehtiyatlarının Rusiyanın iqtisadi tələblərini qarşılaya biləcək səviyyədə olduğu qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə nadir torpaq elementləri sahəsində əməkdaşlıq təklifi təqdim etməyə hazır olduqlarını bildirib.