
BAKI, 25 fevral. TELEQRAF
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova müavin təyin edilib.
Teleqraf xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin olunub.
Fərid Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Qeyd edək ki, məlumatı "Unikal.org" xəbər portalı yayıb.