TBİLİSİ, 25 fevral.TELEQRAF

Gürcüstan-Rusiya sərhədi istiqamətində yerləşən Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi bütün növ avtomobillərin hərəkəti üçün yenidən bağlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Yollar Departamentindən bildirilib.

Məlumata əsasən, məhdudiyyətlər qar uçqunu ilə bağlı yüksək təhlükə səbəbindən tətbiq olunub.

Qeyd edək ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunda məhdudiyyətlər fevralın 18-də qüvvəyə minib. Minik avtomobilləri üçün yol fevralın 23-də açılmışdı.

Xatırladaq ki, Mtsxeta-Stepantsminda-Lars yolu Gürcüstan və Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yoldur.