
BAKI, 25 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın sözünü kəsib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, tərəflər Ağ Evdə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, Makron Trampın Avropanın Ukraynaya pul borc verdiyi ilə bağlı açıqlamasını yarımçıq qoyub.
Daha sonra Fransa dövlət başçısı Avropa İttifaqının Ukraynaya necə maliyyə yardımı etdiyindən danışmağa başlayıb.
Qeyd edək ki, sözügedən görüş ötən gün baş tutub. Britaniyanın "The Guardian” nəşri Makronun Trampın Ukrayna mövzusundakı mövqeyinə heç bir təsiri olmadan ABŞ səfərini yekunlaşdırdığını yazıb.