
TBİLİSİ, 25 fevral. TELEQRAF
Gürcüstanda güclü qarın yağması səbəbindən üç nəfər həyatını itirib.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumatlara əsasən, Acarıstanın Kobuleti rayonunda 50 yaşlarında olan kişinin donmuş meyiti aşkarlanıb, Ozurgeti rayonunda isə bir qadın və bir orta yaşlı kişi ölüb.
Qeyd edək ki, Gürcüstanda bir neçə gündür yağan güclü qarın ən ağır fəsadları ilə ölkənin qərb hissəsi üzləşib. Xilasetmə işlərinə 600-ə yaxın xilasedici və onlarla xüsusi texnika cəlb olunub. Təbii fəlakətdən əziyyət çəkmiş sakinlərə kömək göstərilməsi prosesinə bu gündən Müdafiə Qüvvələri də qoşulub.