BAKI, 25 fevral. TELEQRAF
Türkiyə Silahlı Qüvvələri 6 PKK/YPG üzvünü zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyatı zamanı Qəndil bölgəsində 5, Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində isə 1 terrorçu məhv edilib.
"Terror yuvalarını məhv etməyə davam edəcəyik", - açıqlamada qeyd olunub.