BAKI. 25 fevral. TELEQRAF

Yüksək Liqada çıxış edən “Gəncə” klubu heyətinə yeni basketbolçu qatıb.

Teleqraf xəbər verir ki, “Lənkəran”dan ayrılan Andre Ball komandanın şərəfini qoruyacaq.

Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

ABŞ-dən olan Andre Ball mərkəzi oyunçusu mövqeyində çıxış edir. 206 sm boya malik basketbolçu yeni komandasında 1 nömrəli formanı geyinəcək.