BAKI, 23 oktyabr. TELEQRAF

2026-cı ilin dövlət büdcəsindən “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya şəklində ödəniləcək.