BAKI, 17 iyul. TELEQRAF

Fransanın paytaxt regionu İl-de-Fransda iyunun sonlarında müşahidə olunan güclü isti hava dalğası fonunda ölüm halları gözləniləndən 122 faiz çox olub.

Teleqraf xəbər verir ki, bu barədə "CNEWS" telekanalı Fransanın Sante Publique France dövlət monitorinq agentliyinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, iyunun 22-28-i tarixlərində İl-de-Frans regionunda təxminən 3 min nəfər vəfat edib. Bu göstərici mütəxəssislərin proqnozundan 122 faiz çoxdur.

Agentliyin hesabatında bildirilir ki, bu, 2003-cü ildən bəri regionda qeydə alınan ən yüksək ölüm göstəricisidir. Ölənlərin 82,4 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edib.

Qeyd olunur ki, Sante Publique France iyulun əvvəlində də ilkin məlumat yayıb. Həmin vaxt ölkə üzrə 2 mindən çox ölüm halı və ümumi ölüm göstəricisinin 30 faiz artdığı bildirilmişdi. Lakin həmin statistika yalnız elektron ölüm şəhadətnamələrinə əsaslandığı üçün tam hesab olunmurdu.

Xatırladaq ki, Fransada anomal isti hava şəraiti iyunun 17-dən 28-dək davam edib.