BAKI, 17 iyul. TELEQRAF
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-nin ölkəyə qarşı hücumları yaxın iki-üç gün ərzində davam etdirəcəyi təqdirdə, Tehranın daha genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı hücumları yaxın iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsini başa vuraraq hücum əməliyyatları mərhələsinə keçəcək.
Rzayi bildirib ki, bu halda Tehran yalnız münaqişə zonasındakı ABŞ hərbi bazalarını deyil, ondan kənarda yerləşən obyektləri də hədəfə alacaq.