BAKI, 17 iyul. TELEQRAF

İranın Bəndər-Abbas şəhəri yaxınlığında partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Nour News" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayış səsi Bəndər-Abbas şəhəri ərazisində eşidilib.

Hadisənin səbəbi, dəymiş ziyan və mümkün xəsarət alanlarla bağlı hələlik ətraflı məlumat verilməyib.