BAKI, 17 iyul. TELEQRAF

Naxçıvan - Batabat yolunun Babək rayonun Xalxal kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Hyundai" markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Babək rayon, Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Seyidov Mirəli Mirmehdi oğlu vı 1993-cü il təvəllüdlü Xələfov Hatəm Əli oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.