BAKI, 17 iyul. TELEQRAF

Xalq rəssamı, heykəltəraş Ömər Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bu barədə Teleqraf-a heykəltəraşın köməkçisi Mehriban Rəcəbova məlumat verib.

O bildirib ki, Ömər Eldarov iki gündür xəstəxanada müalicə alır: "Hazırda Ömər Eldarovun səhhəti yaxşıdır. Sabah xəstəxanadan evə buraxılacaq. Ürəklə bağlı narahatlığı var idi".

Qeyd edək ki, Ömər Eldarovun 99 yaşı var.