BAKI, 17 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kanadada baş verən meşə yanğınlarının ABŞ iqtisadiyyatına vurduğu ziyanın idxal rüsumlarına əlavə edilməsinin vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri bildirib ki, Kanadada hər il təkrarlanan meşə yanğınları ABŞ-yə milyardlarla dollar ziyan vurur. Onun sözlərinə görə, bu çirklənmənin yaratdığı iqtisadi itkilər Kanadanın ABŞ-yə ödədiyi idxal rüsumlarında nəzərə alınmalıdır.

Tramp vəziyyəti Kanadada meşə ərazilərinin lazımi qaydada təmizlənməməsi ilə əlaqələndirib və bunu qəsdən yol verilən səhlənkarlıq kimi qiymətləndirib.