BAKI, 17 iyul. TELEQRAF

Çinin cənub-qərbində dağ yamacının uçması nəticəsində azı 8 nəfər həlak olub, daha 34 nəfər isə itkin düşmüş hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, torpaq sürüşməsi iyulun 17-də səhər saatlarında Pınşuy qəzasında baş verib.

Xilasedicilər təbii fəlakət zonasından 18 nəfəri təhlükəsiz əraziyə çıxarmağa müvəffəq olublar.

Hazırda itkin düşənlərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.