BAKI, 23 oktyabr. TELEQRAF

2026-cı ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 600 milyon manat məbləğində nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu, 2025-ci illə müqayisədə 12,2 milyon manat və ya 2 faiz az, 2024-cü illə müqayisədə isə 22,2 milyon manat və ya 3,8 faiz çoxdur.

2025-ci illə müqayisədə azalmaya əsas səbəb Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə dividend ödənişlərinin 12 milyon manat və ya 2,6 faiz azaldılaraq 450 milyon manat səviyyəsində proqnozlaşdırılmasıdır.