BAKI, 22 oktyabr. TELEQRAF

Mərkəzi Bankın və Dövlət Neft Fondubnun valyuta ehtiyatlarının artımı göstərir ki, valyuta bazarında təklif tələbi üstələyir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bir hərrac üzrə valyuta satışı ortalama 45-50 milyon dollar həcmindədir:

"Gündəlik nağd pul bazarını da izləyirik. 9 ayın nəticlərinə əsasən nağd pul bazarında təklif tələbi 230 milyon üstələyib. Yəni əhali daha çox satıb nəinki alıb".

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları 81,5 milyard dollara çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 14,7 % çoxdur.