BAKI, 22 oktyabr. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.29% bahalaşaraq 3.5187 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 1.61% artıb. Beləliklə, qazın meqavat-saatı 32.25 avro olub.