BAKI, 17 okatybr. TELEQRAF
2026-cı ildə sosial müdafiə və sosial təminat xərclərinə 4 milyard 872 milyon 958 min 194 manat vəsait ayrılacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Belə ki, vəsaitin 532 milyon 547 min 770 manatı sosial müdafiəyə, 60 milyon 386 min 156 manatı sosial təminata, 4 milyard 280 milyon 24 min 268 manatı sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə yönəldiləcək. Sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün nəzərdə tutulan vəsaitin 1 milyard 700 milyon manatı dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait olacaq.