BAKI, 18 iyul. TELEQRAF

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında bu gün üçüncü yerin sahibi bəlli olacaq.

Teleqraf xəbər verir ki, bürünc medal uğrunda həlledici görüşdə İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər.

Qarşılaşma ABŞ-ın Mayami şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə iyulun 19-na keçən gecə saat 01:00-da start götürəcək.

Xatırladaq ki, dünya çempionatının finalında isə iyulun 19-da İspaniya və Argentina yığmaları qarşılaşacaqlar. Həlledici matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.