BAKI, 18 iyul. TELEQRAF

Küveytin hava hücumundan müdafiə sistemləri günün əvvəlindən bəri dördüncü dəfədir ki, İran raketlərini və dronlarını dəf etmək üçün çalışır.

Teleqraf xəbər verir ki, bu barədə ölkə ordusunun Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın "X-də verdiyi açıqlamada deyilir: "Hazırda Küveyt hava hücumundan müdafiə qüvvələri İranın hücumu ilə əlaqədar olaraq raket hücumlarına və dronlarına qarşı mübarizə aparır".