BAKI, 18 iyul. TELEQRAF

"Parlamentin yeni çağırışının ilk iclasının maraqlı məqamlarından biri də, əvvəlki çağırışların parlamentlərində olduğu kimi, bütün ermənilərin katolikosu II Qareginin ilk iclasa dəvət olunub-olunmayacağı və seçilmiş nümayəndələrə xeyir-dua verib-verməyəcəyi olacaq".

Teleqraf xəbər verir ki, bunu erməni mediası yazıb.

Bildirilir ki, "Milli Məclisin Əsasnaməsi" konstitusiya qanununun 33-cü maddəsinə əsasən, "Respublika Prezidenti və bütün ermənilərin katolikosu birinci iclasın açılışında salamlama nitqi söyləmək hüququna malikdirlər".

II Qareginə yaxın məbələrdən bildirlib ki, hökumət hələlik dəvətnamə göndərməyib: "Aydındır ki, dəvətnamə göndərməyəcəklər. Çünki yeni seçilənlərdən biri zarafatla deyib ki, istəsə, könüllü olaraq gəlib sessiyaya xeyir-dua verə bilər. Maraqlıdır ki, bu məsələ ilə bağlı hər hansı rəsmi şərh verilmir".

Xatırladaq ki, II Qaregin 2003-cü ildən bəri Milli Məclisin bütün çağırışlarının açılış iclaslarında iştirak edib.