BAKI, 18 iyul. TELEQRAF

Türkiyənin şərqində 5,0 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 441 min nəfərin yaşadığı Malatya şəhərindən 19 km cənub-şərqdə, ocağı isə 16 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.