BAKI, 17 oktaybr. TELEQRAF

Bu ilin üçüncü rübündə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə ən çox kredit verən bank "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Belə ki, bank rüb ərzində 3 milyard 276,9 milyon manatlıq biznes kreditləşməsi reallaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının 2025-ci ilin üçüncü rübünün renkinq hesabatında qeyd edilib.

Renkinqin ilk beşliyində "Paşa Bank" ikinci yeri tutub. Bank rüb ərzində 3 milyard 21,1 milyon manat kredit verib. Üçüncü sırada 1 milyard 702,7 milyon manatlıq göstərici ilə " Kapital Bank" ASC qərarlaşıb. Bundan əlavə, "Bank Respublika" ASC 1 milyard 69,6 milyon manatlıq kredit həcmi ilə dördüncü, "Xalq Bank" ASC isə 1 milyard 64,6 milyon manatla beşinci sırada yer alıb.