BAKI, 16 oktyabr. TELEQRAF
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona işgüzar səfər çərçivəsində dünyanın ən iri investisiya şirkətlərindən olan “BlackRock”un baş idarəçi direktoru və Qlobal Tərəfdaşlar Ofisinin həmsədri Coud Abdel Macid ilə görüş keçirib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, görüş zamanı qlobal maliyyə sisteminin son tendensiyaları, Azərbaycanda maliyyə bazarlarında həyata keçirilən islahatlar, sektorun inkişaf dinamikası, eləcə də investisiya alətlərinin və ehtiyatların idarə olunmasının diversifikasiyası kimi mühüm məsələlər müzakirə olunub.
Görüşdə həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.