BAKI, 16 oktyabr. TELEQRAF
Bu ilin üçüncü rübünə olan mailliyə göstəricilərinə əsasən Azərbaycanda banklar arasında ən çox mənfəəti Azərbaycan Beynəlxalq Bankı” əldə edib
Teleqraf xəbər verir ki, bank hesabat dövründə 261,3 milyon manat xalis mənfəət əldə edərək maliyyə qurumlarının siyahısında ilk pillədə qərarlaşıb.
İkinci sırada “Kapital Bank” ASC 229,1 milyon manat qazancla yer alıb. Üçüncü sırada 51,5 milyon manatla “Xalq Bank” yer alıb. “Bank Respublika” ASC 43,1 milyon manatla mənfəət əldə edərək dördüncü yeri tutub.