ABŞ-də federal hökumətin bağlanması ölkə iqtisadiyyatında həftəlik 15 milyard dollara qədər istehsal itkisinə səbəb ola bilər.
Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-nin xəzinə naziri Skott Bessent mətbuat konfransında hökumətin bağlanmasının ABŞ iqtisadiyyatına zərər verdiyini bildirib.
O, həmçinin deyib ki, federal hökumətin bağlanması getdikcə daha böyük bir maneəyə çevrilir.