BAKI, 12 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 174,9 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,9 faizi bu kateqoriyaya sərf edilib.

Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.