
BAKI, 12 aprel. TELEQRAF
Avropa İttifaqı Qəzza zolağında humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı qurumları birgə bəyanat yayıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Humanitar yardım və Aralıq dənizi əməkdaşlığı üzrə Avropa komissarlarının birgə bəyanatında İsrailə Qəzza zolağının blokadasını dərhal aradan qaldırmaq çağırışı edilib. Sənəddə son atəşkəsdən sonra ərzaq ehtiyatlarının və digər zəruri vasitələrin tükəndiyi qeyd olunur.
Bəyanatda həmçinin fevralın 23-də humanitar yardım işçilərinə hücumda iştirak edənlərin məsuliyyətə cəlb olunması tələb olunur. Aİ Qəzzada dinc əhali arasında itkilərin qəbuledilməz olduğunu və zorakılığa son qoyulmasının vacibliyini vurğulayıb.