BAKI, 11 aprel. TELEQRAF

"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi Ağdam rayonu, Ağdam şəhərinin 2-ci mərhələ yaşayış məhəllələri üzrə Transformator məntəqəsində tikinti-quraşdırma işləri həyata keçirəcək.

Teleqraf xəbər verir ki, sözügedən işlərlə bağlı elan edilən tenderin ehtimal olunan qiyməti 2 milyon 547 min 24 manatdır.

Qeyd edək ki, müsabiqə mayın 12-ə qədər davam edəcək.