
BAKI, 12 aprel. TELEQRAF
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyada keçirilən Avropa çempionatında medal qazanıb.
Teleqraf xəbər verir ki, Eldəniz Əzizli (55 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medala layiq görülüb.
Əzizli final görüşündə Dünya Güləş Birliyinin bayrağı altında yarışan rusiyalı Emin Seferşayevə (1:1) məğlub olub.
Abbasov bürünc medal uğrunda görüşdə ukraynalı Yaroslav Filçakovu üstələyib - 2:1.
63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov moldovalı Vitaliy Yeremenkoya uduzaraq bürünc medalı əldən verib.
130 kq-da Beka Kandelaki təsəlliverici qarşılaşmada ermənistanlı David Ovasapyanı 2:0 hesabı ilə məğlub edib. Kandelaki bürünc medal uğrunda görüşdə isə almaniyalı Yelle Kramerdən zəif olub -1:1. O, sonuncu xal prinsipi ilə uduzub.