BAKI, 12 aprel. TELEQRAF

"Litva bu il Ukraynaya 200 milyon avroluq hərbi yardım edəcək".

Teleqraf xəbər verir ki, bunu Litvanın müdafiə naziri Dovile Şakaliene yerli "LRT" kanalına bildirib.

Müdafiə departamenti rəhbərinin sözlərinə görə, Baltikyanı respublika öz öhdəlikləri çərçivəsində 110 milyon avro ayırmalıdır, lakin əlavə maliyyələşmə hesabına bu məbləğ artacaq.