BAKI, 12 aprel. TELEQRAF

"Sumqayıt" komandası Azərbaycan Premyer Liqasının XXX turunda "Şamaxı"nı qəbul edib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə sevinib.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə hesabı meydan sahibləri açıb. Roi Kehat 9-cu dəqiqədə fərqlənib.

"Şirlər"in heyətində isə Maykl Tuiklə (57) Alfons Msanqa (60) qol vurub.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu nəticə ilə xallarının sayını 31-ə çatdıraraq "Sumqayıt"ı keçib. Vaqif Cavadovun komandası 29 xalla 8-ci pilləyə düşüb.

Qeyd edək ki, turun digər matçlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Turan Tovuz" evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.