.jpg)
BAKI, 12 aprel. TELEQRAF
"ABŞ Prezidenti Donald Trampın siyasəti yeni maliyyə böhranının başlamasını sürətləndirə bilər".
Teleqraf xəbər verir ki, bunu “Handelsblatt” qəzetinə müsahibəsində Xristian Demokratik və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merts deyib.
"Mən həmişə demişəm: növbəti maliyyə böhranı mütləq baş verəcək. Biz sadəcə nə vaxt və nə üçün olduğunu bilmirik. Prezident Trampın siyasəti növbəti maliyyə böhranının gözləniləndən tez gəlməsi riskini artırır", - siyasətçi bildirib.