BAKI, 12 aprel. TELEQRAF

"Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti "Statema Douwe Pieter" şirkəti ilə 1 illik müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, qurum bu müddət ərzində 114 min 600 manat məbləğə mütəxəssislər cəlb edəcək.

Qeyd edək ki, müvafiq işlərin görülməsinə bu ayın 7-də başlanılıb, gələn ilin aprelin 7-ə qədər bitməsi planlaşdırılır.